Rayondan qaçıb Bakıya gəldi, sevgilisini bıçaqladı

Bakı Ağır Cinayətlər Məhkəməsində sevgilisini öldürməyə cəhddə təqsirləndirilən Tamara Həsənovanın cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
TNS-in məlumatına görə, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxs ifadə verib. Bildirib ki, hadisə vaxtı hər ikisi sərxoş olub: “20 gün idi ki, bir yerdə yaşayırdıq. Gecə saat 2 radələrində ikimiz də içkili idik. Mənə söyüş söydü, bir söz demədim. Yatmışdım, yuxuda ağrı hiss elədim. Oyandım ki, məni bıçaqlayır. Qışqırdım, qonşular köməyə gəldi, onun əlində aldılar”.
Məhkəmə prosesi mart ayının 11-də davam etdiriləcək.
İttiham aktına görə, T. Həsənova ötən rayonda valideynləri ilə bir yerdə yaşayırmış. Ötən il valideynləri ilə dalaşan Həsənova evdən qaçaraq Bakıya gəlib. Ötən ilin yanvar ayının əvvəlində o, Bakıda Famil adlı şəxslə tanış olub və onunla birlikdə yaşamağa qərar verib. 20 gün sonra isə qadın Famili bıçaqlayıb.
T. Həsənova 2007-ci il təvəllüdlüdür.