68 yaşlı kişi küçə itlərinin hücumuna məruz qaldı
9
13:40 - 16 Fevral 2025

Gəncədə 68 yaşlı kişi küçə itlərinin hücumuna məruz qalıb, vəziyyəti ağırdır.
TNS-in məlumatına görə, başından və bədəninin bir çox nahiyəsindən ağır xəsarətlər alan 68 yaşlı K.Səfərov xəstəxanalardan birinin reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.