Ucarda 14 avtomobil toqquşdu: ölən və yaralanan var - YENİLƏNİB

Ucarda baş verən ağır yol qəzasında ölən şəxslərin kimliyi məlum olub.
TNS xəbər verir ki, qəza nəticəsində dünyasını dəyişənlər Bərdə rayon sakini, 1989-cu il təvəllüdlü Günel Əlövsət qızı Allahverdiyeva və Mingəçevir şəhər sakini, 1987-ci il təvəllüdlü İlkin Allahverən oğlu Abdullayevdir.
Hadisə zamanı xəsarət alanların sayı isə 22 nəfərə çatıb.
Qeyd edək ki, hadisə Bakı – Qazax yolunun rayonun Qulabənd kəndindən keçən hissəsində qeydə alınıb. Yol qəzası zamanı 14 avtomobil toqquşub.
BDYPİ-dən bildirib ki, ilkin ehtimala görə, qəza dumanlı yolda bir neçə nəqliyyat vasitəsinin yolun hərəkət hissəsində durması nəticəsində arxadan gələn nəqliyyat vasitələrinin vaxtında reaksiya verə bilməyərək onlara çırpılması nəticəsində baş verib.
Faktla bağlı araşdırma aparılır.
07:27
Ucarda baş verən qəzada hələlik şəxsiyyəti dəqiqləşdirilməyən 1 kişi və 1 qadın ölüb.
TNS xəbər verir ki, hadisə zamanı xəsarət alan 12 nəfərin adları aşağıdakı kimidir:
1980-ci il təvəllüdlü Məmmədov Ruslan Mahmud oğlu,
2007-ci il təvəllüdlü Əliyeva Səbinə Vasif qızı,
1969-cu il təvəllüdlü Qasımov Mərdan Əkbər oğlu,
1960-cı il təvəllüdlü Əhmədov Şahid Yusif oğlu,
1963-cü il təvəllüdlü Abdulayeva Nəcibə İbrahim qızı,
1955-ci il təvəllüdlü Əliyev Əlövsət İlyas oğlu,
1983-cü il təvəllüdlü Hüseynov Aftandil Rəşid oğlu,
1981-ci il təvəllüdlü Bayramov Samir Rəhim oğlu,
1981-ci il təvəllüdlü Məmmədov Niyaməddin Mahmud oğlu,
1960-cı il təvəllüdlü Əliyeva Günəş Əli qızı,
2020-ci il təvəllüdlü Allahverdizadə Nəriman Taleh oğlu
1981-ci il təvəllüdlü Məmmədov Əlizamin Telman oğlu Ucar Rayon Xəstəxanasına yerləşdiriliblər.
İlkin yardım göstərildikdən sonra bütün zərərcəkənlər Göyçay Rayon Mərkəzi Xəstəxanasına göndəriliblər.
03:54
Ucarda ağır yol-nəqliyyat hadisəsi zamanı ölən və xəsarət alanlar olub.
TNS xəbər verir ki, hadisə gecə saatlarında Bakı-Qazax əsas magistral yolunun rayon ərazisindən keçən hissəsində baş verib.
İlkin məlumata görə, 13 avtomobilin toqquşması nəticəsində 2 nəfər ölüb, 10-dan yuxarı şəxs xəsarət alıb.
Zərərçəkənlər Ucar Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Fakt araşdırılır.