Close

09:22
19 Fevral 2025
09:07
19 Fevral 2025
23:20
18 Fevral 2025

Yük avtomobili piyadanı öldürüb traktora çırpıldı

Şəkidə yük avtomobili piyadanı vuraraq öldürüb, daha sonra traktora çırpılıb

TNS "Report"a istinadla xəbər verir ki, hadisə rayonun Aşağı Göynük kəndi ərazisində qeydə alınıb.

Belə ki, bu gün saat 17 radələrində Şəki rayonunun Aşağı Göynük kəndi ərazisində hərəkətdə olan “KamAZ” markalı avtomobil əvvəlcə yolun kənarındakı piyadanı vurub, daha sonra isə traktora çırpılıb. Nəticədə piyada, 1956-cı il təvəllüdlü Yusif Mustafayev aldığı xəsarətlərdən ölüb, “KamAZ”ın sürücüsü 1990-cı il təvəllüdlü Oruc Muradov və traktorun sürücüsü Samir Abdullayev xəsarət alıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, ölümlə və xəsarətlərlə nəticələnən yol nəqliyyat hadisəsi ilə bağlı Şəki Şəhər Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, istintaq aparılır.