Close

09:22
19 Fevral 2025
09:07
19 Fevral 2025
23:20
18 Fevral 2025

Ağır yol qəzası, 25 nəfər yaralandı

Türkiyənin Təkirdağ şəhərinin Muradlı rayonunda fabrika işçilərini daşıyan xidməti mikroavtobusun aşması nəticəsində 25 nəfər yaralanıb.

TNS xəbər verir ki, bu barədə İHA məlumat yayıb.

“Qəza saat 15:30 radələrində Muradlı – Böyükqarışdıran şosesində kimya zavodu yaxınlığında baş verib. İddiaya görə, boyaxananın işçilərini daşıyan sərnişin mikroavtobusu yağışlar səbəbindən sürüşkən olan yoldan çıxaraq aşıb. Qəza nəticəsində sürücü və avtobusdakı 24 işçi yaralanıb”, – agentliyin məlumatında qeyd olunub.

Bildirilib ki, məlumat əsasında hadisə yerinə altı təcili yardım və iki yanğınsöndürən maşını göndərilib.