Nərimanovdakı yanğına görə tıxac yarandı - FOTO
32
15:16 - 15 Fevral 2025
![](/upload/files/up3/Xeberler/2025/2/15/WhatsApp_Image_2025-02-15_at_03-07-01.jpg)
Bakının Nərimanov rayonu, Fətəli xan Xoyski prospekti ilə Əhməd Rəcəbli küçəsinin kəsişməsində beşmərtəbəli binada baş vermiş yanğınla əlaqədar Ağa Nemətulla küçəsi istiqamətində nəqliyyat sıxlığı yaranıb.
Bu barədə TNS-ə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, hərəkətin və ərazidə olan şəxslərin təhlükəsizliyinin təmin olunması üçün polis əməkdaşları tərəfindən tədbirlər görülür.