Bakıda beşmərtəbəli binada yanğın, sakinlər təxliyə olunub - YENİLƏNİB
![](/upload/files/up3/Xeberler/2025/2/15/fhnjpg_1.jpg)
Yanğınla bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Bakının Nərimanov rayonunda, Fətəli xan Xoyski küçəsində yerləşən beşmərtəbəli binada baş vermiş yanğın qısa müddətdə söndürülüb.
Təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinləri təxliyə olunub.
14:26
Bakı şəhəri, Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsində yerləşən beşmərtəbəli binada yanğın baş verib.
TNS xəbər verir ki, bu haqda FHN Mətbuat xidmətinin məlumat yayıb.
Bildirilib ki, dərhal FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri əraziyə cəlb olunub.
Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.
Əlavə məlumat veriləcək.