Close

Yevlaxda ağır qəza, 4 yaralı var - FOTOLAR

Yevlax rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

TNS-in məlumatına görə, hadisə rayonun Aran qəsəbəsində qeydə alınıb.

Belə ki, "Kia Sorrento" markalı avtomobil hərəkətdə olarkən idarəetməni itirərək aşıb. Hadisə nəticəsində dörd nəfər ağır xəsarət alıb. 

Yaralananlar 1991-ci il təvəllüdlü Zeynalov Tural Zahid oğlu, 1991-ci il təvəllüdlü Paşayev Asif Elman oğlu, onun həyat yoldaşı 1991-ci il təvəllüdlü Paşayeva Gülşən Əli qızı və 1996-cı il təvəllüdlü Zeynalova Züleyxa Hüseyin qızıdır.

Müxtəlif dərəcəli bədən xəsarəti alan yaralılardan ikisi cərrahiyyə əməliyyatına alınıb, digər iki nəfər isə həkim nəzarətində müalicəsini davam etdirir. Onlardan birinin qolu amputasiya olunub. 

Faktla bağlı araşdırma aparılır.

Ziya Əmirxanlı

WhatsApp_Image_2025-02-14_at_23-59-03

WhatsApp_Image_2025-02-14_at_23-58-53