Close

22:59
15 Fevral 2025

Bakıda itkin düşən gənc tapıldı - YENİLƏNİB

Bakıda itkin düşən gənc qız tapılıb.

TNS Oxu.az-a istinadla xəbər verir ki, Xətai rayonu, İ.Zülfüqarov küçəsində yaşayan və fevral ayının 12-də itkin düşən 18 yaşlı Günel Rizvan qızı Abdullayeva polis tərəfindən tapılaraq ailəsinə təhvil verilib.

10:46

Bakıda gənc qız itkin düşüb.

TNS xəbər verir ki, Xətai rayonu, İ.Zülfüqarov küçəsində yaşayan 18 yaşlı Günel Rizvan qızı Abdullayeva fevralın 12-də evdən çıxaraq, bir daha geri qayıtmayıb.

Bu barədə onun qardaşı polisə müraciətində bildirib.

Faktla bağlı Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Şöbəsində araşdırma aparılır.