Nərimanovda iki avtomobil toqquşdu, ölən və yaralılar var
![](/upload/files/up3/Xeberler/2025/2/15/47214409-5547-3004-9af3-f1ea05c9b65f_850.jpg)
Bakının Nərimanov rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
TNS "Report"a istinadla xəbər verir ki, 1991-ci il təvəllüdlü Ramil Aslan oğlu Qasımov idarə etdiyi “VAZ 2101” markalı avtomobillə 1999-cu il təvəllüdlü Soltan İlqar oğlu Tağıyevin idarə etdiyi “Toyota Prius” markalı avtomobillə toqquşub.
Nəticədə “VAZ 2101”də olan sərnişin, 1993-cü il təvəllüdlü Fərdi Mehman oğlu Zülfüqarov hadisə yerində ölüb. R.Qasımov, S.Tağıyev və onun idarə etdiyi avtomobildə olan sərnişin, 2000-ci il təvəllüdlü Məmməd Rəhim oğlu Şərifov isə xəsarət alıb.
Faktla bağlı cinayət işi başlanıb.