Dövlətə xəyanətdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır
10
16:20 - 12 Fevral 2025
Dövlətə xəyanətdə təqsirləndirilən Bəhruz Səmədovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
TNS APA-ya istinadən xəbər verir ki, cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Elnur Nuriyevin icraatına verilib.
Məhkəmənin hazırlıq iclası fevralın 21-nə təyin edilib.
Qeyd edək ki, Bəhruz Səmədov ötən ilin avqust ayında saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham elan edilib.