Əməliyyat keçirildi - Saxlanılanlar var
![](/upload/files/up3/Xeberler/2025/2/12/WhatsApp_Image_2025-02-12_at_13-58-04.jpg)
Beyləqanda saxlanılan 5 nəfərdən 9 kiloqram narkotik aşkarlanıb.
TNS xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilən tədbir nəticəsində, əvvəllər məhkum olunmuş Faiq Qasımov saxlanılıb. Ondan 8 kiloqram marixuana aşkarlanıb. Bundan başqa, keçirilən digər əməliyyatlar zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən daha 4 nəfər - Şirzad Alışov, Şirxan Quliyev, Aqil Mirzəyev və Ceyhun Cəfərov saxlanılıblar.
Faktlarla bağlı cinayət işləri başlanılıb, saxlanılanlar barəsində həbs qətimkan tədbiri seçilib.