Close

Ağcabədidə partlayıcı vasitələr və silahlar aşkarlandı

Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən silah-sursatın aşkarlanması və könüllü təhvil verilməsi istiqamətində tədbirlər davam etdirilir.

DİN-in Mətbuat Xidmətindən TNS-ə verilən məlumata görə, keçirilən tədbirlər nəticəsində rayon ərazisindən 4 qumbara, 2 "Kalaşnikov" avtomatı, xeyli sayda patron tapılaraq götürülüb.

Həmçinin vətəndaşlardan müvafiq sənədləri olmayan 14 ov tüfəngi təhvil alınıb.

Bu istiqamətdə tədbirlər davam etdirilir.