Close

Nənəsini, arvadını və baldızını bıçaqladı - Bakıda dəhşətli cinayət

Bakı Ağır Cinayətlər Məhkəməsində nənəsini və arvadını bıçaqlamaqda təqsirləndirilən Elnur Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

TNS-in məlumatına görə, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə E. Əliyevə 16 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, hadisə paytaxtın Sabunçu rayonunda qeydə alınıb. Əliyev Elnur Şahid oğlu yaşadığı fərdi yaşayış evində aralarında yaranmış mübahisə zamanı bıçaqla evin qonaq otağında olan nənəsi Tatilova Laçın Həsən qızı, arvadı

Məmmədova Elminaz Sənan qızı və baldızı Məmmədova Aysel Sənan qızını bıçaqlayıb.