Close

17:41
11 Fevral 2025

Ağdamda artezian quyularının kabelləri oğurlandı - VİDEO

Ağdamda yerləşən artezian quyularını elektrik enerjisi ilə təmin edən 360 metr uzunluğunda kabelin oğurlanıb.

TNS-in yerli müxbirinin xəbərinə görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunan Yusif Məmmədov saxlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.