Səfər Fərəcov saxlanıldı - FOTO
37
10:50 - 11 Fevral 2025
![](/upload/files/up3/Xeberler/2025/2/11/1637232254_araq.jpg)
Fərdi evlərin birindən təmir-tikinti avadanlıqları oğurlamaqda, eləcə də xuliqanlıq etməkdə şübhəli bilinən Səfər Fərəcov saxlanılıb.
TNS xəbər verir ki, hadisə Şirvan şəhərində qeydə alınıb.
Belə ki, o, Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində saxlanılıb.
Bundan əlavə, S.Fərəcovun yaşadığı evə baxış zamanı psixotrop maddə olan metamfetamin və 3 ədəd elektron tərəzi də aşkarlanıraq götürülüb.
Faktla bağlı cinayət işi açılıb, S.Fərəcov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.