Close

29 yaşlı gənc özünü asaraq intihar etdi

Zaqatala sakininin meyiti fındıq bağında asılı vəziyyətdə tapılıb.

TNS-in məlumatına görə, hadisə axşam saatlarında rayonun Aşağı Tala kəndinin inzibati ərazisinin “Torpaqqala” adlanan hissəsində baş verib.

1996-cı il təvəllüdlü rayonun Aşağı Tala kənd sakini Sərxan Süleyman oğlu İbrahimovun meyiti ailəsinə məxsus fındıq bağında ağacdan asılı vəziyyətdə aşkar olunub.

İlkin araşdırma zamanı S. İbrahimovun intihar etdiyi məlum olub.

Faktla bağlı Zaqatala rayon prokurorluğunda araşdırma aparılır.