27 yaşlı qız dəm qazından boğuldu
22
21:50 - 10 Fevral 2025
![](/upload/files/up3/Xeberler/2025/2/10/ebeba082-7958-3a8c-93f0-7d2409440699_850.jpg)
Şamaxıda 27 yaşlı qız dəm qazından boğulub.
TNS xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb.
Belə ki, şəhər sakini 1998-ci il təvəllüdlü Məmmədova Ləman İnqilab qızı yaşadığı evdə dəm qazından boğularaq ölüb.
Onun meyiti aidiyyatı üzrə təhvil verilib.
Hazırda faktla bağlı araşdırma aparılır.