Şamaxıda qumarxana aşkarlandı - Saxlanılanlar var
14
11:30 - 08 Fevral 2025
![](/upload/files/up3/Xeberler/2025/2/8/Ekran_skli_2025-02-08_112945.png)
Şamaxıda qumarxana aşkarlanıb.
TNS-in məlumatına görə, Şamaxı Rayon Polis Şöbəsinə rayonun Sabir qəsəbəsində yerləşən kafelərin birində qanunsuz pul uduşlu qumar oyunlarının təşkil edilməsi barədə əməliyyat məlumatı daxil olub.
Görülən tədbirlərlə həmin obyektdə qumar oyunları oynayan E.Allahverdiyev, Z.Nəsibov, T.Pənahov və Ə.Quliyev, eləcə də obyektin sahibi N.Məlikov saxlanılıblar.
Həmin şəxslər barəsində toplanmış materiallar baxılması üçün rayon məhkəməsinə göndərilib.