Yaşayış evində yanğın oldu
![](/upload/files/up3/Xeberler/2025/2/7/17201558834209627001_1200x630.jpg)
Şəkidə bir-birinə bitişik iki fərdi yaşayış evində yanğın olub.
TNS-in məlumatına görə, axşam saat 18 radələrində Şəki şəhəri, 20 Yanvar küçəsində Xatirə Nəzir qızı Məmmədzadəyə məxsus, ümumi sahəsi 300 kv/m olan ikimərtəbəli 5 otaq və aynəbənddən ibarət fərdi yaşayış evində yanğın baş verib.
Yanğının söndürülməsi üşün əraziyə Şəki rayon Dövlət yanğından Mühafizə Hissəsinin texnikası və şəxsi heyəti cəlb olunub. Yanğın nəticəsində evin dam örtüyünün və ikinci mərtəbəsinin yanar konstruksiyaları yanıb.
Yanğın evə bitişik tikilən X. Məmmədzadəyə aid ümumi sahəsi 600 kv/m olan digər fərdi yaşayış evinə də keçib. İkinci evin isə iknci mərtəbəsində aynəbəndin tavanı 3 kv/m, dam örtüyü isə 6 kv/m sahədə yanıb. Evlərin qalan hissələri yanğından mühafizə olunub.
Yanğın zamanı xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.