Avtobus piyadanı vuraraq öldürdü
15
20:40 - 07 Fevral 2025
![](/upload/files/up3/Xeberler/2025/2/7/Ekran_skli_2025-02-07_203958.png)
Abşeronda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
TNS xəbər verir ki, hadisə Xırdalan şəhərində qeydə alınıb.
Belə ki, 517 nömrəli marşrut avtobusu yolu keçən piyadanı vurub. Piyada hadisə yerində ölüb.
Hazırda onun şəxsiyyəti dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.