Şahdağda qar fəlakəti: "Hummer" aşdı - VIDEO
27
15:37 - 07 Fevral 2025
Fevralın 6-da Şahdağda Qusar rayonunun Laza kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
TNS xəbər verir ki, bu barədə Oxu.az-a Baş Dövlət Yol Polisi İdarəsinin inspektoru polis baş leytenantı Elvin Hacıyev məlumat verib.
O bildirib ki, hadisə saat 18 radələrində baş verib.
"Şahdağ yolu, Laza kənd ərazisində qeydə alınan hadisə zamanı nəqliyyat vasitəsində iki nəfər - sürücü və həyat yoldaşı olub. Qarla əlaqədar olaraq sürüşmə baş verib, "Hummer" markalı nəqliyyat vasitəsi tərsinə banı üzərinə aşıb. Hadisə zamanı xəsarət alan olmayıb".