Azərbaycanlı gənc Polşada öldü - FOTO
27
15:17 - 07 Fevral 2025
![](/upload/files/up3/Xeberler/2025/2/7/qeza_1.jpg)
Azərbaycanlı gənc Polşada qəzada ölüb.
TNS Lent.az-a istinadla xəbər verir ki, hadisə Varşava yaxınlığında qeydə alınıb.
Zaqatala rayon 3-cü Tala kənd sakini 29 yaşlı Anar Əsədlinin idarə etdiyi avtomobil qatarla toqquşub. Nəticədə A.Əsədli aldığı xəsarətdən hadisə yerindəcə keçinib.
Hazırda onun nəşinin Azərbaycana gətirilməsi istiqamətində iş aparılır.
Qeyd edək ki, Anar Əsədli 2 ildir, Polşada yaşayır və işləyirmiş.