Kanalda batan yeniyetmənin meyiti tapıldı
![](/upload/files/up3/Xeberler/2025/2/7/dede_1.jpg)
Hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, Ağcabədidiə itkin düşdüyü ehtimal olunan yeniyetmənin meyiti tapılıb.
Məlumata görə, fevralın 6-da Yuxarı Qarabağ kanalının Ağcabədi rayonu, Xocavənd kəndindən keçən hissəsində batmış 2008-ci il təvəllüdlü Həsənov Adil Əkbər oğlunun meyiti Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin Aran dalğıc-axtarış qrupu tərəfindən suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
11:37
Xəbər verdiyimiz kimi, bir neçə gün öncə Ağcabədidə 17 yaşlı yeniyetmə, 2008-ci il təvəllüdlü Həsənov Adil Əkbər oğlu kanalda batıb.
TNS-in yerli müxbirinin əldə etdiyi məlumata görə, Adil Həsənovun nəşi bu gün kanaldan tapılıb.
Axtarışlar zamanı onun meyiti batdığı yerdən 600 metr aralıda aşkar edilərək götürülüb. Meyit aiddiyyəti üzrə təhvil verilib.
Qeyd edək ki, onun 4 ay əvvəl ailə qurduğu bildirilir.