Reabilitasiya Mərkəzində başını divara çırpan xəstə öldü
31
09:59 - 07 Fevral 2025
![](/upload/files/up3/Xeberler/2025/2/7/1657119537_xestexana.jpg)
Gəncədə tibb müəssisəsində özünə xəsarət yetirən xəstə vəfat edib.
TNS “Qafqazinfo”ya istinadla xəbər verir ki, Gəncə Reabilitasiya Mərkəzində müalicə alan şəhər sakini M.Vəlixanov fevralın 5-də başını divara vurub.
Nəticədə o, ağır xəsarət alıb.
M.Vəlixanov fevralın 6-da aldığı xəsarətdən vəfat edib. Bildirilib ki, özünə xəsarət yetirən şəxs ruhi-əsəb xəstəliyindən əziyyət çəkib.
Faktla bağlı araşdırma aparılır.