Bakıda uşaq belə xilas edildi - VİDEO
11
09:42 - 07 Fevral 2025
Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında uşaq mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
TNS xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunub.
Xilasedicilər alpinist ləvazimatlarının köməyi ilə doqquzmərtəbəli yaşayış binasının doqquzuncu mərtəbəsində yerləşən mənzilə eyvandan daxil olaraq evdə yatmış vəziyyətdə aşkarlanmış 2016-cı il təvəllüdlü uşaq valideynlərinə təhvil veriblər.