Close

Məktəbdə şagirdə naməlum kağız və nömrə verilib - YENİLƏNİB - FOTO

Bakı şəhəri 210 nömrəli tam orta məktəbdə oxuyan şagirdə üzərində bir oyunun loqosu əks olunan və mobil nömrə yazılan kağızlar verilib.

TNS-in “Qafqazinfo”ya istinadən xəbərinə görə, Bakı Şəhər Təhsil İdarəsindən bildirilib ki, məsələ ilə bağlı məktəbdaxili araşdırma aparılacaq.

Şagird və valideynlərlə müvafiq söhbət aparılacaq, məktəb psixoloqu tərəfindən şagirdlərlə dəstəkləyici tədbirlər görüləcək.

21:43

Bakı şəhəri 210 nömrəli tam orta məktəbdə oxuyan şagirdə üzərində bir oyunun loqosu əks olunan və mobil nömrə yazılan kağızlar verilib.

TNS xəbər verir ki, bu iddia ilə Nurlan Mirəli adlı vətəndaş feysbuk hesabında paylaşım edib.

“Bu gün 5-ci sinifdə oxuyan qızıma və onun sinif yoldaşlarına, böyük siniflərdən iki qız uşağı yaxınlaşaraq belə bir vərəq veriblər. Vərəqin bir üzünə mobil nömrə qoyulub, digər üzündə isə bir oyunun loqosu əks olunub. Və rusca “mənə yaz” sözləri yazılıb. Bu oyunu quql üzərində araşdırdım, dünyada geniş yayılıb və uşaqlar arasında intihar edənlər belə olub. Nömrəyə bir neçə dəfə zəng vurduq, səsimizi eşidib söndürürlər”.

Məsələ ilə bağlı DİN-in Mətbuat Xidmətinin əməkdaşı Elburus İbrahimov bildirib ki, məktəbliyə verilən naməlum qrafalı vərəqəni polis araşdırır:

“Sosial şəbəkələrdə yayılan naməlum qrafalı kağızlardan məlumatlıyıq. Bununla bağlı aidiyyəti üzrə araşdırma aparılır. Araşdırmalarla vərəqdə əks olunan ifadələrin mahiyyəti aydın olacaq”.

2_1

1