17 yaşlı oğlan kanalda batdı - VİDEO
39
11:10 - 06 Fevral 2025

Ağcabədidə 17 yaşlı yeniyetmə kanalda batıb.
TNS-in yerli müxbirinin xəbərinə görə, hadisə Yuxarı Qarabağ Kanalının Xocavənd kəndi ərazisindən keçən hissəsində baş verib.
Kənd sakini 2008-ci il təvəllüdlü Həsənov Adil Əkbər oğlunun kanalda batmasına dair əsaslı şübhələr olduğundan hadisə yerinə FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.
Hazırda axtarışlar davam etdirilir.
Ziya Əmirxanlı