Mingəçevirdə dərsdə halı pisləşən şagird öldü
26
15:25 - 05 Fevral 2025
Mingəçevirdə dərs zamanı halı pisləşən şagird ölüb.
TNS "Report"a istinadla xəbər verir ki, hadisə şəhərdə İ.Rüstəmov adına 5 nömrəli tam orta məktəbdə baş verib.
TƏBİB-dən isə sorğuya cavab olaraq bildirilib ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə bu gün saat 10:47-də adıçəkilən məktəbdən şəxsin halının pisləşməsi səbəbilə çağırış daxil olub.
Qeyd olunub ki, çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası 2010-cu il təvəllüdlü şəxsin (kişi) həkiməqədər ölüm faktı qeydə alınıb.