Xankəndi-Ağdam yolunda maşın aşıb, yaralılar var - VİDEO
20
15:16 - 05 Fevral 2025
Ağdamda “Mercedes” markalı minik avtomobili idarəetmədən çıxaraq aşıb.
TNS-in yerli müxbirinin xəbərinə görə, ikisi qadın olmaqla üç nəfərin xəsarət aldığı hadisə Ağdam şəhəri ərazisində, Ağdam-Şuşa yolunda qeydə alınıb.
Yaralılar Xankəndi şəhər xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Ziya Əmirxanlı