Bank kartından oğurluq etdi, saxlanıldı
35
14:26 - 05 Fevral 2025
Sabunçu rayonu ərazisində bir nəfərin bank kartından 5000 manatının oğurlanması barədə polisə məlumat daxil olub.
TNS xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 39 yaşlı A.Məmmədov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.