Close

13:35
05 Fevral 2025
12:31
05 Fevral 2025
10:57
05 Fevral 2025

Bakıda ağac maşınların üstünə aşdı - FOTO

Bakıda bu gün səhər saatlarından müşahidə olunan güclü külək bir sıra fəsad törədib.

TNS xəbər verir ki, külək paytaxtda ağacların aşmasına səbəb olub.

Bununla bağlı görüntüləri Baş DYPİ-nin İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Toğrul Nəsirli sosial şəbəkədə paylaşıb.

O, mövcud hava şəraiti ilə əlaqədar yollarda yarana biləcək xoşagəlməz halların qarşısının alınması məqsədilə sürücülərdən nəqliyyat vasitələrini tikinti işləri aparılan yerlərin, ağacların, iri həcmli reklam lövhələrinin, ümumiyyətlə küləyin təsiri nəticəsində aşma, yaxud qopma ehtimalı olan digər əşyaların yaxınlığında və ya altında saxlamamağı tövsiyə edib.

WhatsApp_Image_2025-02-05_at_11-02-51_1