Close

12:31
05 Fevral 2025
10:57
05 Fevral 2025
10:38
05 Fevral 2025

Məktəbli 20 min manata yaxın oğurluq etdi

İmişlidə yetkinlik yaşına çatmayan şəxs saxlanılıb.

TNS-in məlumatına görə, araşdırma zamanı onun 80 manat, dəyəri 9000 manatdan artıq olan qızıl-zinət əşyaları və 8000 manat dəyərində tüfənq patronu oğurladığı müəyyən edilib.

Belə ki, İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri ilə rayon ərazisində yerləşən iki fərdi evdən oğurluq etməkdə şübhəli bilinən, ötən il də törətdiyi oğurluq faktlarına görə barəsində istintaq araşdırmaları aparılan yetkinlik yaşına çatmayan şəxs müəyyən edilərək saxlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.