Close

12:31
05 Fevral 2025
10:57
05 Fevral 2025
10:38
05 Fevral 2025

Bakıda dəhşətli qəza, 3 nəfər öldü, sürücü qaçdı

Ötən gün dəhşətli yol-nəqliyyat hadisəsi baş verib.

TNS-in məlumatına görə, hadisə Qala-Xaşaxuna qəsəbəsində qeydə alınıb.

Belə ki, saat 00:09 radələrində 1989-cu il təvəllüdlü Paşayev Samir Akif oğlu idarə etdiyi "Saipa" markalı avtomobillə qəsəbədə yolun əks hərəkət istiqaməti ilə Xəzər rayonu, Zirə qəsəbəsi istiqamətində hərəkətdə olan zaman, 2003-cü il təvəllüdlü Musayev Nazim Mahir oğlunun idarə etdiyi "Toyota Prius" markalı avtomobil ilə toqquşub. Nəticədə "Saipa" markalı avtomobildə sərnişin olan 1989-cu il təvəllüdlü Salmanov Polad Nizami oğlu, 1986-cı il təvəllüdlü Hüseynov Rövşən Emin oğlu və "Toyota Prius" markalı avtomobildə sərnişin olan 1998-ci il təvəllüdlü Soltanov Nizami Ədalət oğlu hadisə yerində ölüb.

"Toyota Prius" markalı avtomobilin sürücüsü Musayev Nazim Mahir oğlu isə hadisə yerindən qaçıb.

Faktla bağlı Xəzər RPİ-nin İŞ-də CM-nin 263.3 və 264-cü maddələri ilə cinayət işi başlanaraq istintaq aparılır.