Ağstafada hərbçilər dəm qazından zəhərləniblər
90
09:10 - 05 Fevral 2025
Ağstafada üç nəfər dəm qazından zəhərlənib.
TNS xəbər verir ki, "Unikal"ın məlumatına görə, hadisə Ağstafa şəhərinin mərkəzi küçələrinin birində qeydə alınıb.
3 nəfər dəm qazından zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər.
Zəhərlənən şəxslərə ilkin tibbi yardım göstərilib, vəziyyətləri kafidir.
Məlumata görə hər üç şəxs kirayə qaldıqları evdə dəm qazında zəhərlənib.
Onların hərbçi olduğu bildirilir. Fakt araşdırılır.