60 yaşlı kişini avtomobil vuraraq öldürdü
11
22:40 - 04 Fevral 2025
Goranboyda piyadanın ölümü ilə nəticələn ağır yol qəzası baş verib.
TNS-in məlumatına görə, hadisə rayonun Xan Qərvənd kəndində qeydə alınıb.
Hərəkətdə olan avtomobil yolu qarşı tərəfə keçmək istəyən 1965-ci il təvəllüdlü M. Bayramovu vurub.
Piyada hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.