Qanunsuz ov edən şəxs saxlanıldı
10
21:30 - 04 Fevral 2025
Qızılağac Milli Parkının əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı milli parkın ərazisində qanunsuz ov edən şəxs saxlanılıb.
Bioloji Müxtəlifliyin Qorunması Xidmətindən TNS-ə verilən məlumata görə, araşdırma zamanı ov edən şəxsin Masallı rayonu Qızılağac kənd sakini Kərim Quliyev olduğu məlum olub.
Ondan ov tüfəngi götürülüb.
Faktla bağlı qanun pozucusu barəsində protokol tərtib olunub və qanunamüvafiq tədbir görülüb.