26 yaşlı oğlan atasının iş yerində öldü
29
20:00 - 04 Fevral 2025
Kürdəmir rayonunda 26 yaşlı oğlan atasının iş yerində qəfildən ölüb.
TNS xəbər verir ki, hadisə rayonun Ərşəli kəndində qeydə alınıb.
İlkin məlumata görə, 1999-cu il təvəllüdlü Fərzəliyev Fərasət Azad oğlu atasının işlədiyi avtoyuma servisinə gəlib. Bu zaman o, ürəktutmasından müvazinətini itirərək yıxılıb və həyatını itirib.
Onun meyiti müayinə olunması üçün aidiyyəti üzrə təhvil verilib.
Fakt araşdırılır.