İnsult keçirən faytonçu Nazimin səhhəti necədir?
20
15:12 - 04 Fevral 2025
İnsult keçirən (faytonçu) Nazim Pişyarinin müalicəsi davam etdirilir, səhhəti yaxşılaşır.
TNS xəbər verir ki, bu barədə "Report"a müğənninin sənət dostu məlumat verib.
Bildirilib ki, onun reanimasiyadan palataya köçürüləcəyi gözlənilir.
Xatırladaq ki, Nazim yanvarın 30-da qapalı kəllə-beyin travması ilə Kliniki Tibbi Mərkəzə təxliyə olunub. O, müayinələrdən sonra işemik insult diaqnozu ilə özəl müəssisələrdən birinə hospitalizasiya olunub.