Bu Mərkəzə yeni sözçü təyin edildi - FOTO
21
13:45 - 04 Fevral 2025
Dövlət Turizm Agentliyi yanında Qoruqları İdarəetmə Mərkəzində ictimaiyyətlə əlaqələr üzrə menecer vəzifəsinə təyinat olub.
TNS xəbər verir ki, bu vəzifə Rufik İsmayılova həvalə edilib.
O, 2003-cü ildən jurnalistika sahəsində fəaliyyət göstərir, indiyə qədər müxtəlif mətbu orqanlarda müxbir, məsul katib, prezident və parlament müxbiri, redaktor, baş redaktor və redaksiya müdiri vəzifələrində çalışıb, eyni zamanda, Naxçıvan Muxtar Respublikasının Dövlət Televiziya və Radio Verilişləri Komitəsində redaktor vəzifəsində işləyib.