32 il sonra məzarı tapıldı
15
13:34 - 04 Fevral 2025
Birinci Qarabağ müharibəsində şəhid olmuş Müşfiq İbrahim oğlu Quliyevin məzarı 32 ildən sonra tapılıb və bu barədə ailəsinə xəbər verilib.
TNS Modern.az-a istinadla xəbər verir ki, 32 ildir itkin düşmüş kimi qeydiyyatda olan Cəbrayıl rayonunun Horovlu kənd sakini Müşfiq Quliyevin nəşinin Beyləqan şəhərindəki qəbiristanlıqda naməlum şəhid kimi dəfn olunduğu üzə çıxıb.
Şəhidin qalıqlarından DNT analizi üçün götürülmüş nümunələr onun kimliyini rəsmən təsdiqləyib.