Close

13:34
04 Fevral 2025
12:52
04 Fevral 2025

Bakıda ağır qəzanın görüntüləri - VİDEO

Bakıda ağır yol qəzası olub.

TNS xəbər verir ki, hadisə Xətai rayonu 8 Noyabr prospekti ilə Xaqani Rüstəmov küçəsinin kəsişməsində baş verib.

"Mitsubishi Pajero" markalı avtomobilin sürücüsü yolayrıcında sola dönərkən yol hərəkəti qaydalarını pozub. Nəticədə qarşıdan gələn "Lada Priora" markalı avtomobil onunla toqquşaraq, aşıb. Qəza zamanı işıqfor da yararsız hala düşüb. Hadisə nəticəsində ölən və yaralananların olub-olmaması hələlik bilinmir.

Qəza anının görüntülərini təqdim edirik: