Close

13:34
04 Fevral 2025
12:52
04 Fevral 2025

Yevlaxda əməliyyat, saxlanılanlar var

Yevlaxda polisin keçirdiyi tədbirlər zamanı 4 nəfər saxlanılıb.

TNS-in yerli müxbirinin xəbərinə görə, Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilən əməliyyatlar nəticəsində Vüsal Əliyev, Ruslan Xəlilov, Rövşən Məmmədov və Natiq Bəkirov saxlanılıblar.

Həmin şəxslərdən 5 kiloqrama yaxın marixuana və tiryək aşkarlanaraq götürülüb.

Faktlarla bağlı cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir.