İtkin düşən şəxsin axtarışları davam etdirilir - VİDEO
37
17:00 - 03 Fevral 2025
13 yanvar 2025-ci il tarixində Lənkəran şəhəri, Siyavar kəndi yaxınlığında Xəzər dənizində itkin düşdüyü ehtimal edilən balıqçı 1984-cü il təvəllüdlü İbayev Mahmud Əbdüləli oğlunun axtarışları Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən davam etdirilir.
Bu barədə TNS-ə FHN-dən məlumat verilib.
Hazırda vətəndaşın axtarışları FHN-in Aviasiya dəstəsinin helikopteri, Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri və Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin qüvvələri tərəfindən həyata keçirilir.