Close

17:30
03 Fevral 2025

6 yaşlı ögey oğlunu öldürmək istədi - FOTO

Bakı Ağır Cinayətlər Məhkəməsində 6 yaşlı ögey oğlunu xüsusi amansızlıqla öldürməyə cəhddə təqsirləndirilən Rəşad İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

TNS-in məlumatına görə, hakim Leyla Əsgərovanın sədrliyi ilə keçirilən prosesdə hazırlıq işi başa çatıb və iş üzrə məhkəmənin ilkin baxış iclası fevralın 17-nə təyin edilib. 

Qeyd edək ki, hadisə ötən ilin sentyabrında Türkan qəsəbəsində baş verib. Qəsəbədə yaşayan bir qadın polisə şikayət edərək tanışı Rəşad adlı şəxsin gecə saatlarında onun 6 yaşlı oğlunu yuxudan oyadaraq, heç bir səbəb göstərmədən əziyyət verdiyini və müxtəlif bədən xəsarətləri yetirdiyini bildirib.

Xəzər Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində azyaşlını incidən 1987-ci il təvəllüdlü Rəşad İsmayılov saxlanılıb.

Ona qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb.

ata