Tanınmış alim vəfat etdi - FOTO
619
15:10 - 03 Fevral 2025
Tanınmış alim, ETN Fizika İnstitutunun laboratoriya müdiri fizika-riyaziyyat elmləri doktoru, professor Qüdrət İsaqov vəfat edib.
TNS xəbər verir ki, bu barədə AMEA-nın saytında bildirilib.
Qeyd edilib ki, o, 75 yaşında vəfat edib.
Qeyd edək ki,Q.İ.İsaqov yarımkeçiricilər fizikası, yarımkeçirici-metal, yarımkeçirici-ifratkeçirici evtektik kompozisiyalarda klassik və kvant elektron prosesləri, günəş energetikası, ekologiya və s. sahələrdə 100-ə yaxını xaricdə dərc olunmaqla 150-dən çox elmi məqalələrin və 3 ixtiranın müəllifi idi.
Allah rəhmət eləsin!