Əli Əhmədova yeni köməkçi təyin olundu - FOTO
50
14:37 - 03 Fevral 2025
Milli Məclis sədrinin birinci müavini Əli Əhmədova yeni köməkçi təyin edilib.
TNS xəbər verir ki, Modern.az-ın əldə etdiyi məlumata görə, İsgəndər-zadə Mustafayev Milli Məclis Sədrinin birinci müavininin köməkçisi təyin edilib.
1969-cu il təvəllüdlü dövlət qulluqçusu 3-cü dərəcə dövlət müşaviridir. O, "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif edilib.
Milli Məclis Sədrinin birinci müavininin keçmiş köməkçisi Bəhruz Seyidəhmədli isə vəzifəsindən azad edilib.