2 kiloqram heroin satan dəstəyə ağır cəza verildi
Bakı Ağır Cinayətlər Məhkəməsində paytaxtda heroin alverində təqsirləndirilən dəstə üzvləri - İbrahim Yolçuyev və Aydın Məlikovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
TNS-in məlumatına görə, hakim Leyla Əsgərovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.
Məhkəmənin hökmü ilə İ. Yolçuyev 9 il, A. Məlikov isə 10 il azadlıqdan məhrum edilib.
İttihama görə, Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində təqsirləndirilən şəxslər Bakı şəhərində 2 kiloqramdan artıq heroin satarkəın yaxalanıb.
Onlara qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə ittiham irəli sürülüb.