Close

AZAL bu istiqamətdə bütün uçuşları dayandırdı

Bakı-Həştərxan-Bakı marşrutu üzrə bütün təyyarə uçuşları qeyri-müəyyən müddətə dayandırır.

Bu barədə TNS-ə “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat Xidmətindən məlumat verilib. Məlumatda qeyd edilib ki, son zamanlar, o cümlədən bu gün Rusiyanın Həştərxan şəhəri üzərində hava məkanının mütəmadi olaraq bağlanması səbəbindən Azərbaycan Hava Yolları (AZAL) aviaşirkəti uçuşların təhlükəsizliyinin təmin edilməsi məqsədilə Bakı-Həştərxan-Bakı marşrutu üzrə bütün uçuşları qeyri-müəyyən müddətə dayandırır.

Bu istiqamət üzrə bileti olan sərnişinlər ödənişin tam geri qaytarılması və ya biletlərin ödənişsiz dəyişdirilməsi hüququna malikdirlər. Bunun üçün onlar callcenter@azal.az elektron poçt ünvanı vasitəsilə aviaşirkətə müraciət edə bilərlər.

AZAL mövcud vəziyyəti diqqətlə izləməyə davam edir və sərnişinləri dəyişikliklər barədə məlumatlandıracaq.