Həbs edilən məktəb direktoru ötən il işdən çıxarılıbmış - AÇIQLAMA
Rüşvətə hörə həbs edilən Fəxrəddin Həsənov ötən il vəzifəsindən azad edilib.
TNS xəbər verir ki, bu barədə Modern.az-ın sorğusuna cavab olaraq Dağlıq Şirvan Regional Təhsil İdarəsindən məlumat verilib.
Bildirilib ki, Ağsu rayonu Rəhimli kənd S.Mikayılov adına tam orta məktəbin direktoru işləmiş Həsənov Fəxrəddin Həsənqulu oğlu əmək fəaliyyətində yol verdiyi nöqsanlara görə 03.07.2024-cü il tarixində tutduğu vəzifədən azad edilib.
"Bununla yanaşı, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi tərəfindən adıçəkilən təhsil müəssisəsində aparılmış yoxlama zamanı sabiq direktorun əmək fəaliyyəti dövründə dövlət əmlakını mənimsəməsi də aşkarlanıb və toplanmış materiallar hüquq-mühafizə orqanlarına təqdim edilib", - açıqlamada qeyd olunur.